AXIM MODULU
Vahid zamanda sutoplayıcının vahid sahəsindən (F) keçən suyun (Q) miqdarı. M=FQ m³/ (san.km²) düsturu ilə təyin edilir. Eroziya prosesini səciyyələndirmək üçün çay şəbəkəsində aylıq, mövsümi, yaxud illik sülb axımı. Bəzən eroziya modulu da adlanır. Eroziya modulu (asılı gətirmələrin axım modulu) 1 km² sutoplayıcı sahədən axan sülb axımın tonla miqdarıdır.